AZ

On ay əvvəl açılan yol yenidən təmirə bağlanıb? - AÇIQLAMA

Bakının Pirşağı, Kürdəxanı və Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci uzun sürməyib. Belə ki, 10 ay əvvəl istifadəyə verilən yolun əksər hissəsi yenidən təmirə bağlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli açıqlamasında bildirib ki, sözügedən yol noyabr ayında beynəlxalq tədbir öncəsi iki lay asfalt-beton örtüyü ilə istifadəyə verilib.

Hazırda layihə üzrə üçüncü aşınma lay asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Qeyd olunub ki, təmir işləri bir neçə günə yekunlaşacaq.

Seçilən
122
5
avtosfer.az

6Mənbələr