Hikmət Hacıyev Çinin Sinxua agentliyinə müsahibə verib
Ajans.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çinin Sinxua” agentliyinə müsahibəsində deyib. O bildirib ki, Çin ŞƏT-in inkişafına mühüm töhfə verir: "Təşkilat davamlı inkişafı, tərəqqi və rifahı hədəfləyən "Şanxay ruhuna" sadiq qalır. Çin çoxtərəfli əməkdaşlığı, eləcə də ŞƏT-in üzv olmayan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafını fəal şəkildə dəstəkləyir. Azərbaycan isə dialoq tərəfdaşı kimi təşkilatla sıx əməkdaşlıq edir. Hikmət Hacıyev xatırladıb ki, 2025-ci il ŞƏT-də Davamlı İnkişaf İli elan olunub və bu istiqamət Azərbaycanın da əsas prioritetlərindən biridir: