AZ

Məşhur İdman avtomobilləri istehsalçısı işçilərinin yarısını işdən çıxaracaq

İdman avtomobilləri istehsalçısı "Lotus Cars" satışların azalması və ABŞ tariflərinin mənfi təsiri fonunda işçilərin ixtisarına məcbur qalıb.

Day.Az Trend-ə istinadən bildirir ki,  brend işçilərinin təxminən 50%-i işini itirəcək.

Məlumata görə, şirkətdə hazırda 1 300 nəfər çalışır və onların ən azı 550 nəfəri yaxın gələcəkdə işini itirəcək.

İlk yarımillik üzrə hesabata əsasən, "Lotus" 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43% az - 2 813 avtomobil tədarük edib. 2025-ci ilin ilk altı ayında şirkətin gəliri 45% azalaraq 218 milyon dollar təşkil edib.

Seçilən
110
3
day.az

4Mənbələr