1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Misli Premyer Liqasının III turunda "Qarabağ" "Karvan-Yevlax"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb.
Matçda hesab 11-ci dəqiqədə açılıb. Elvin Yunuszadə topu öz qapısından keçirib. 72-ci dəqiqədə Emmanuel Addai yekun nəticəni müəyyənləşdirib.
Ağdam təmsilçisi cari mövsüm ilk qalibiyyətini əldə edərək 3 xala malik olub. Yevlax kollektivi isə 4 xalda qalıb.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Bu gün Misli Premyer Liqasında III turun oyunlarına yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə ölkə çempionu "Qarabağ" debütant "Karvan-Yevlax" komandasının qonağı olacaq. Görüş saat 17:00-da Şamaxı şəhər stadionunda başlayacaq.
Turun bağlanış matçında isə "Sabah" doğma meydanda "İmişli" ilə qarşılaşacaq. Oyun "Bank Respublika Arena"da, saat 19:30-da start götürəcək.
Misli Premyer Liqası
1-ci dövrə, III tur
17:00. "Karvan-Yevlax" - "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu
19:30. "Sabah" - "İmişli"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Bank Respublika Arena"
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" isə "Qəbələ"ni (2:1) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.