AZ

Rusiya Çin və Hindistan üçün neftin qiymətini xeyli azaltmalı olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Hindistanı Rusiya neftini ucuz qiymətə almaqda və ondan əldə edilən yanacağı bazar qiymətinə sataraq qazanc əldə etməkdə, eləcə də Rusiyanın hərbi sənayesini pulla təmin etməkdə ittiham edir.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadla xəbər verir.
Qeyd olunub ki, ABŞ-nin Hindistana qarşı 50% rüsum tətbiqi Rusiya neftini alıcılar üçün daha da ucuzlaşdırıb. Ekspertlər bu halı müsbət qiymətləndirirlər və vurğulayırlar ki, iqtisadi məhdudiyyətlərin mahiyyəti Rusiyanın mənfəətini azaltmaqdan ibarətdir.
Bildirilir ki, "Brent" markalı neftlə müqayisədə Rusiyanın dünya bazarında "Urals" markalı neft üçün endirim bir barelə görə 3-4 dollara qədər artıb.
Omandan olan eyni sortla müqayisədə Rusiya bir barel üçün 7 dollar endirim təklif edir və Hindistanın neftayırma zavodları belə cəlbedici təklifdən imtina etməkdə çətinlik çəkirlər.
Eyni zamanda, Çin şirkətləri də "Urals" neftini satın almağa başlayıblar. Çin tərəfindən bu neftin alınması demək olar ki, 10 dəfə - 50 min barel/sutkadan 420 min barel/sutkayadək artıb.
Seçilən
99
50
oxu.az

10Mənbələr