Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində pakistanlı həmkarı İshaq Darla görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.
"Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər", - press-relizdə deyilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.