Misli Premyer Liqasında 3-cü tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, turun son oyununda "Sabah" "İmişli"ni qəbul edəcək.
"Bayquşlar"ın 3, bölgə təmsilçisinin isə 1 xalı var.
Qeyd edək ki, bu görüşdən sonra milli komandaların qarşılaşmalarına görə çempionatda 1 həftəlik fasilə yaranacaq.
Misli Premyer Liqası, III tur
31 avqust
19:30. “Sabah” – “İmişli” 0:0 (İkinci hissə)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”