AZ

Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi

Rusiya Silahlı Qüvvələri avqustun 31-nə keçən gecə Ukraynanın Odessa vilayətində yerləşən Çernomorsk (2016-cı ilə qədər İliçevsk adlanırdı) limanına zərbələr endirib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Donbas Partizanı” adlı "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri “Geran-2” tipli pilotsuz uçuş aparatları vasitəsilə limanın anbar və yükləmə sahələrinə hücum ediblər.

“Ən azı beş birbaşa zərbə qeydə alınıb, bu da genişmiqyaslı yanğınlara və yüklərin ikinci dəfə partlamasına səbəb olub”, - deyə məlumatda bildirilir.

Kanal əlavə edib ki, hücum nəticəsində limanda hərbi yük daşıyan gəmi də zədələnib.

Xəbər 1 dəfə oxunub.
Seçilən
46
2
xezernews.az

3Mənbələr