Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə daha 2 matç keçirilib.
Əvvəlcə "Qarabağ" səfərdə "Karvan"ın qonağı olub. "Şamaxı" şəhər stadionunda keçirilən oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə "Sabah" "İmişli"ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
31 avqust (bazar)
19:30. “Sabah” – “İmişli” - 0:1
Qol: Abbas Ağazadə, 67
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”
17:00. “Karvan” – “Qarabağ” - 0:2
Qollar: Elvin Yunuszadə, 11 - avtoqol, Emmanuel Addai, 72
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Şamaxı şəhər stadionu
29 avqust (cümə)
“Neftçi” - “Turan Tovuz” - 0:1
“Sumqayıt” - “Şamaxı” - 1:1
30 avqust (şənbə)
“Araz-Naxçıvan” - “Qəbələ” - 2:1