AZ

"İmişli" "Sabah"ı məğlub etdi - VİDEO

Futbol üzrə Misli Premyer Liqasında III tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, günün son oyununda debütant "İmişli" səfərdə "Sabah"la qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 67-ci dəqiqədə Abbas Ağazadə vurub.
 

Günün ilk görüşündə “Qarabağ” Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”ın qonağı olub. Ağdam təmsilçisi 2:0 hesablı qələbə əldə edib.


Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” öz meydanında “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib, “Turan Tovuz” səfərdə “Neftçi”yə 1:0, “Zirə” evdə “Kəpəz”ə 5:0, “Araz-Naxçıvan” isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.


Bizim.Media

Seçilən
129
3
bizim.media

4Mənbələr