AZ

Avropa Komissiyasının rəhbəri Belarusla sərhəddə

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polşanın Baş naziri Donald Tusk və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Polşa-Belarus sərhədi yaxınlığında birgə brifinq keçiriblər.

Modern.az bu barədə "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Tusk bildirib ki, yaxınlıqda Belarus qoşunlarının olması barədə xəbərdarlıqlara baxmayaraq, AK rəhbəri mətbuat konfransını ləğv etməkdən və ya təxirə salmaqdan imtina edib.

Fon der Leyen Aİ-nin şərq cinahına səfəri çərçivəsində Polşaya səfər edib. Avropa Komissiyasının rəhbəri brifinq zamanı bildirib ki, Aİ-nin müdafiə sənayesinə investisiyaların 150 milyard avro (Security Action for Europe, SAFE) sürətləndirilməsi planı ən böyük faydanı Polşaya gətirəcək.

Polşa Belarusla sərhəd müdafiəsini gücləndirərək, təxminən 400 km-ə qədər uzanan sərhədin mühafizəsi üçün 13 minə yaxın əsgər göndərib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
3
modern.az

4Mənbələr