Berlin, 1 sentyabr, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 2-ci turuna üç oyunla yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Volfsburq” doğma meydanda “Maynts 05” ilə heç-heçə edib – 1:1. Günün mərkəzi qarşılaşmasında “Borussiya Dortmund” komandası “Union Berlin”i qəbul edib. Görüşdə ev sahibləri paytaxt təmsilçisinin qapısından üç cavabsız top keçirib. Digər oyunda isə “Köln” öz meydanında “Frayburq”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, turun digər görüşlərində “Bavariya” komandası “Auqsburq” üzərində 3:2 hesabı ilə qələbə qazanıb. “Bayer Leverkuzen” səfərdə “Verder Bremen” ilə heç-heçə edib - 3:3. “Leyptsiq” ev oyununda “Haydenhaym”ın qapısından iki cavabsız top keçirib – 2:0. “Ayntraxt Frankfurt” səfərdə “Hoffenhaym”ı 3:1, “Ştutqart” isə doğma divarlar arasında “Mönxenqladbax”ı 1:0 hesabı ilə məğlub edib. İkinci turun açılış matçında “Hamburq” öz meydanında “St Pauli”yə 0:2 hesabı ilə uduzub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin