Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ucar, 31 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Ucarda yol qəzası zamanı 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomobil yolunun Ucarın Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan 2 sərnişin həyatını itirib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisənin hansı şəraitdə baş verməsi və ölümün səbəbləri araşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.