AZ

Goranboyda qəzada xəsarət alan 7 nəfərin adı bilindi - VİDEO

Goranboyda avtomobillər toqquşub.

Redaktor.az xəbər verir ki, "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü Günel Mustafayeva, 1987-ci il təvəllüdlü Sadiq Mustafayev, 1998-ci il təvəllüdlü Vüsal Kazımov,  2005-ci il təvəllüdlü Türkan Məmmədbəyli, 2012-ci il təvəllüdlü Süleyman Mustafazadə, 2004-cü il təvəllüdlü Fazil Əliyev, 2013 -cü il təvəllüdlü Yusif Mustafayev xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. 

***

FHN-dən  verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Seçilən
63
3
redaktor.az

10Mənbələr