ain.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ administrasiyasının Qəzza zolağının bərpasına dair planı Fələstin anklavının ən azı 10 il müddətinə Vaşinqtonun protektoratlığına verilməsini, həmçinin bölgənin bütün sakinlərinin müvəqqəti köçürülməsini nəzərdə tutur.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.
Nəşrin məlumatına görə, ABŞ hakimiyyəti Qəzza zolağının yenidən qurulması, iqtisadi inkişafı və transformasiyası üçün "GREAT Trust" (Gaza Reconstitution, Economic Acceleration and Transformation Trust) adlı fondun yaradılması layihəsi hazırlayıb. Bu plana görə, Birləşmiş Ştatlar Qəzza zolağının bərpasına öz vəsaitlərini yatırmağı planlaşdırmır və ən azı 100 milyard dollar investisiya cəlb etməyi düşünür ki, bu da, investorlara dörd qat mənfəət gətirməlidir.
Ehtimal olunur ki, ərazidə "ağıllı şəhərlər" salınacaq, köçürülən Qəzza sakinlərinə isə sonradan bu ərazidə ev almağa kömək edəcək "rəqəmsal aktivlər" təklif olunacaq. Bundan əlavə, plan 5 min dollar məbləğində birdəfəlik ödəməni, həmçinin Qəzza zolağından çıxmağa məcbur olacaq sakinlərə subsidiyaların verilməsini nəzərdə tutur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.