İspaniya La Liqasının III turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, "Espanyol" doğma meydanda "Osasuna"nı qəbul edib. Bu görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıb.
"Atletik Bilbao" səfərdə "Real Betis"in qonağı olub və bu görüşdə də qonaqlar qələbəyə sevinən tərəf olub.
"Selta" evdə "Vilyarreal"ı qəbul edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
"Barselona" səfərdə "Rayo Valyekano"nun qonağı olub. Bu görüşdə də qalib müəyyənləşməyib.