Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, son gündə 4 görüş keçirilib.
“Nottingem Forest” evdə “Vest Hem”ə, “Aston Villa” isə “Kristal Pelas”a uduzub. “Brayton” “Mançester Siti”yə qalib gəlib. “Arsenal” isə Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan “Liverpul”a məğlub olub.
31 avqust
"Brayton" – "Mançester Siti" - 2:1
Qollar: Milner, 67-pen. Qruda, 89 – Haland, 34.
"Nottingem Forest" – "Vest Hem" - 0:3
Qollar: Bouen, 84. Paketa, 88-pen; K.Uilson, 90+1.
"Liverpul" – "Arsenal" - 1:0
Qol: Soboslai, 83.
"Aston Villa" – "Kristal Pelas" - 0:3
Qollar: Mateta, 21-pen. Qehi, 68. İ.Sarr, 78.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.