AZ

Məktəbəqədər təhsil müəssisələrində növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Bakı. Trend:

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qruplarınkomplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqətidayandırılır.

Trend xəbər verirki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyiməlumat yayıb.

Bildirilib ki, qrupların komplektləşdirilməsi prosesi 1-15sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesiyekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsilmüəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesibq.edu.az portalıvasitəsilə elektron formada həyata keçirilir.

Seçilən
83
44
az.trend.az

10Mənbələr