AZ

“Bu haqda nəsə deyə bilməyəcəm” - Ohori

Ötən qış Samir Abasovun “Neftçi”yə transfer etdiyi Rinosuke Ohori birillik icarə əsasında “Kəpəz”ə keçib.

Yaponiyalı futbolçu “Zirə” önündəki darmadağından sonra “Football-plus.az”ın bir neçə sualını cavablayıb.

- Oyun haqda nə düşünürsən?
- Çox çətin oyun idi. Bəzən belə hallar olur. Biz əlimizdən gələni edəcək, vəziyyəti düzəldəcəyik.

- Qarşıdakı mövsümdə “Neftçi”yə qayıtmağı üstün tutacaqsan, yoxsa “Kəpəz”də qalmağı?
- Bu haqda nəsə deyə bilməyəcəm.

- Çempionatda qarşıdakı oyunlar haqda nə deyə bilərsən?
- Addım-addım çalışacaq, güclənəcəyik. Qarşıdakı oyuna hazırlaşmalıyıq.

- “Kəpəz”in hədəfi elitada qalmaqdı?
- Əlbəttə.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
40
1
football-plus.az

2Mənbələr