Çin qarşıdakı üç il ərzində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin banklarına ümumi məbləği 10 milyard yuan (təxminən 1,4 milyard dollar) məbləğində kredit xətti verməyi planlaşdırır...
Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Çinin sədri Si Cinpin ŞƏT-in Tyantszin sammitində çıxışı zamanı deyib.
Bundan əlavə, Səma İmperiyasının lideri ölkəsinin konkret tədbirlərlə ŞƏT-in inkişafında fəal iştiraka sadiqliyini vurğulayıb. Belə ki, bu il Çin ŞƏT-ə üzv dövlətlərə 2 milyard yuan (təxminən 280 milyon dollar) məbləğində təmənnasız yardım ayıracaq.
Beləliklə, Çin öz tərəfdaşlarına maliyyə dəstəyi verməklə ŞƏT çərçivəsində daha güclü iqtisadi əməkdaşlığı təşviq etmək niyyətindədir.
Poliqon.info