Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr humanitar mübadilə yolu ilə bir-birinə daha da yaxınlaşmalıdır...
Poliqon Sinxua agentliyinə istinadən xəbər verir ki, bunu Çinin sədri Si Tsinpin deyib.
Çin lideri vurğulayıb ki, ŞƏT-ə üzv dövlətlər mədəni mübadilə yolu ilə bir-birindən öyrənməli və iqtisadi əməkdaşlığa güclü dəstək göstərməli, özünü təkmilləşdirmə, qarşılıqlı fayda və ahəngdar birgəyaşayışın çiçəkləndiyi “sivilizasiyalar bağı”nın qurulması üçün birgə çalışmalıdır.
Si Cinpinin sözlərinə görə, Avrasiya qitəsi qədim sivilizasiyaları bəsləyib, Şərq-Qərb inteqrasiyasının hərəkətverici qüvvəsinə, bəşəriyyətin tərəqqisinin hərəkətverici qüvvəsinə çevrilib. Bütün ölkələrin xalqları həmişə resursları paylaşmış və zəifliklərini aradan qaldırmaq üçün bir-birlərinin güclü tərəflərini öyrənmişlər.
Poliqon.info