AZ

Samuxda 5 otaqlı ev yandı

Samuxda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. Belə ki, Samux rayon sakini 1956-cı il təvəllüdlü M.Hamazova məxsus, ümumi sahəsi 360 kv.metr olan, 5 otaqdan ibarət olan evdən anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evin 1 otağı yanıb. Yanğın söndürülüb, evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov  

Seçilən
17
2
unikal.az

10Mənbələr