AZ

Çin lideri ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin bir araya gələrək ŞƏT İnkişaf Bankını yaratmağı təklif edilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu təklifi Çin Xalq Respublikasının Sədri Si Cinpin Tiencin şəhərində ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclasında çıxışı zamanı səsləndirib.
"Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığa dəstəyi gücləndirmək üçün ən qısa zamanda ŞƏT İnkişaf Bankını yaratmaq lazımdır", - deyə Si Cinpin vurğulayıb.
Məlumat üçün qeyd edək ki, ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının iclasında 20-dən çox dövlətin lideri iştirak edir.
Seçilən
16
1
oxu.az

3Mənbələr