AZ

Balakəndə əməliyyat: Silahlı şəxslər həbs olundu

Balakəndə yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub. 

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev saxlanılıblar. 

Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.  pizza hut

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
53
49
yenisabah.az

10Mənbələr