Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiyalı jurnalist və siyasi analitik Nikita Smaqin ölkəsində “xarici agentlər” reyestrinə daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, N.Smaqinin adı Azərbaycanın CBC (Caspian Broadcasting Company) telekanalı, Karnegi Fondu, “Meduza”, “The Insider” nəşrləri ilə əməkdaşlığa görə sözügedən reyestrə salınıb.
Jurnalist sözügedən qərara etiraz olaraq məhkəməyə müraciət edib.
Qeyd edək ki, N.Smaqin CBC telekanalında həftəlik “Yaxın Şərq” müəllif proqramının aparıcısıdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.