AZ

Tramp: Nüvə gücləri ilə münasibətləri yaxşı saxlamaq vacibdir

ABŞ Prezidenti Donald Tramp nüvə gücləri ilə yaxşı münasibətlərin saxlanmasının vacib olduğunu deyib.

Olaylar.az-ın xəbərinə görə, o, bu barədə "The Daily Caller" portalına müsahibəsində bildirib.

Trampdan xüsusən 600 min çinli tələbənin iki il müddətinə Amerika universitetlərində təhsil almasına icazə verməsinin ABŞ-yə fayda gətirməsi ilə bağlı olması, yoxsa bunun, onun Pekinlə danışıqlarda sadəcə taktika elementi olub-olmadığı soruşulub. ABŞ Prezidenti cavabında Çin Sədri Si Cinpinlə çox yaxşı münasibətə malik olduğunu vurğulayıb.

"Mən bir ölkə rəhbərliyinə tələbələrini qəbul etməyəcəyimizi söyləməyi olduqca təhqiramiz hesab edirəm", - Tramp deyib. O, Çindən gələn tələbələrdən imtinanın sistem üçün zərərli olacağı fikrini ifadə edib.

Ondan həmçinin çinli tələbələrin ABŞ-də təhsil almasına icazə verilməsi qərarına cavab olaraq Çindən hər hansı jest gözlədiyi soruşulub. "Xeyr, əvəzində heç nə istəmirəm. Bizdə hər şey yaxşıdır, bizə milyardlarla dollar ödəyirlər", - Tramp vurğulayıb.

"Düşünürəm ki, ölkələrlə yola getmək yaxşıdır, xüsusilə də nüvə gücləri ilə ölkələrlə anlaşmaq", - Tramp deyib. O, bildirib ki, 2020-ci ildə ABŞ prezident seçkilərində Amerika administrasiyasının başında qalsaydı, Rusiya-Ukrayna münaqişəsinin qarşısını ala bilərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
59
3
olaylar.az

4Mənbələr