AZ

Bitcoin və Ethereum qiymətləri 1 sentyabrda gerilədi

1 sentyabr 2025-ci il tarixində dünya birjalarında kriptovalyutaların qiymətləri yüngül azalma nümayiş etdirib.

Finss.az xəbər verir ki, Bitcoin (BTC) 107 860 ABŞ dolları səviyyəsində ticarət olunub və gün ərzində qiymət 107 283–109 205 ABŞ dolları arasında dəyişib.

Ethereum (ETH) 4 395,74 ABŞ dolları, Binance Coin (BNB) 853,70 ABŞ dolları, XRP isə 2,73 ABŞ dolları səviyyəsində ticarət olunub.

Bazar ekspertləri bildirirlər ki, ümumilikdə bazarda yüngül geriləmə müşahidə olunub və investorlar ABŞ iqtisadiyyatına dair açıqlanacaq göstəriciləri yaxından izləyirlər.

Seçilən
444
11
fins.az

6Mənbələr