AZ

Günəş partlayışından sonra plazma buludu Yerdə geomaqnit qasırğasına səbəb olacaq

Sentyabrın 2-nə keçən gecə ötən günlərdə baş verən Günəş partlayışı zamanı atılan plazma buludunun planetimizə çatacağı gözlənilir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Proqnozlara görə, plazma buludu Yerdə güclü geomaqnit qasırğasına səbəb olacaq. Mütəxəssislər bildirirlər ki, bu geomaqnit fırtınası güclü təsnif edilsə də, insanlar və texnoloji sistemlər üçün təhlükə yaratmır.
Seçilən
104
3
7news.az

5Mənbələr