ABŞ prezidenti Donald Tramp "Truth Sosial"dakı səhifəsində daha bir paylaşımıa diqqət mərkəzinə düşüb. D.Tramp elan edib ki, Gömrük rüsumları qaldırılsa, ABŞ üçüncü dünya ölkəsi ola bilər. Onun yazdığına görə, ABŞ iqtisadiyyatına ilk növbədə rüsumlar hesabına 15 trilyon dollardan çox investisiya qoyulacaq. Əgər rüsumlar məhkəmənin qərarı ilə dayandırılsa, onda bu sərmayənin demək olar, hamısı və daha çox gəlirlər dərhal ləğv ediləcək. "Bir çox cəhətdən biz yenidən böyük ölkə olmaq ümidi olmayan üçüncü dünya ölkəsi olacağıq", - Tramp qeyd edib.
Başqa paylaşımda o, həmçinin ölkədə qiymətlərin, o cümlədən enerji daşıyıcılarının qiymətlərinin azaldığını və "inflyasiya faktiki olaraq olmadığını" vurğulayıb.
Mətləb Salahov