AZ

Tətilin zehnimizə və bədən sağlamlığımızaTƏSİRİ

Mütəxəssislərə görə qısa da olsa tətil həm psixoloji, həm də fiziki sağlamlıq üçün çox vacibdir.


Pravda.az bildirir ki, şəhər həyatının yaratdığı stresdən uzaqlaşmaq, yeni yerləri kəşf etmək və fərqli dadları sınamaq insana enerji qazandırır.


Araşdırmalara əsasən mütəmadi səyahət etmək ürək-damar sağlamlığını qoruyur, infarkt riskini kişilərdə 32%, qadınlarda isə 50%-ə qədər azaldır. Bundan başqa, tətil zamanı immun sistemi güclənir, yaradıcılıq artır, ailə və münasibətlər möhkəmlənir.


Mütəxəssislər bildirir ki, tətil həm ömrü uzadır, həm də zehni gümrahlığı artırır. Qısası, az da olsa istirahət etmək həyat keyfiyyətini yüksəldən ən güclü vasitələrdən biridir.


Qeyd: Hələ də tətil planı etməmisinizsə, sağlamlığınız üçün kiçik bir fasilə verməyin vaxtıdır.


Əminə Bayramova 

Tarix: 1 Sentyabr 2025, 11:08   
Seçilən
6
pravda.az

1Mənbələr