Sabah Biləsuvar rayonunda 900-ə yaxın abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, rayonun Bağbanlar kəndində yerləşən qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar olaraq sentyabrın 2-də saat 10:00-dan başlayaraq işlər başa çatana qədər həmin yaşayış məntəqəsində 854 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.