AZ

Goranboyda qəzada xəsarət alan yeniyetmə xəstəxanada ölüb - YENİLƏNİB-6

Avqustun 31-də saat 21:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (1-i qadın, 6- sı kişi cinsli ) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, onlara kəllə-beyin travması, daxili qanaxma və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri ağır qiymətləndirilən şəxslərdən 6 nəfər Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub. Kəllə sümüyünün sınığı, komatoz vəziyyət və travmatik şok, sağ bazu və baldır sümüklərinin sınıqları diaqnozu təyin olunan və müalicəsi Reanimasiya şöbəsində davam etdirilən 2004-cü il təvəllüdlü (kişi cinsli) şəxsin 01.09.2025-ci il tarixdə saat 05:20-də ölüm faktı qeydə alınıb.

***

08.05

Goranboyda baş verən qəzada ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 2013-cü il təvəllüdlü Y. Mustafayevdir.

***

23:18

31.08.2025-ci il tarixində saat 21:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (2-si qadın, 5 -i kişi cinsli ) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlara kəllə-beyin travması, daxili qanaxma və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən şəxslərdən 6 nəfər Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.

2004-cü il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

***

22:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

22:20

Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1987-ci il təvəllüdlü S. Mustafayeva, 2004-cü il təvəllüdlü G. Mustafayeva, 1998-ci il təvəllüdlü V. Kərimov, 2005-cü il təvəllüdlü T. Məmmədbəyli, 2013-cü il təvəllüdlü Y. Mustafayev, F. Əliyev və T. Musayevdir.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə zamanı hərəkətdə olan “VAZ 2107” ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.

***

21:42

Goranboyda baş vermiş qəzada xəsarət alanların sayı 7 nəfərə çatıb.

Bu barədə APA-nın yerli bürosu məlumat verib.

***

20:40

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goran-Naftalan yolunun rayonun Balakürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda
Seçilən
36
5
apa.az

7Mənbələr