ain.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Liverpul” hücumçu Aleksandr İsak üçün “Nyukasl”la razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar 25 yaşlı isveçli üçün 125 milyon funt-sterlinq sabit qonorar ödəyəcək. Müqaviləyə bonuslar da daxildir.
İsak yeni klubu ilə 6 illik müqavilə imzalayacaq. Forvardın bu gün tibbi müayinədən keçməsi gözlənilir.
Xatırladaq ki, bu transfer Premyer Liqada rekorddur. Daha öncə “Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes 106,8 milyon funta “Çelsi”yə keçmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.