AZ

Mehdi Cənnətov niyə yığmaya çağrılmadı?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən gün yığmanın İslandiya və Ukrayna ilə oyunlar üçün heyətini açıqlayan Fernando Santuşun Mehdi Cənnətovu dəvət etməməsi birmənalı qarşılanmadı. Baş məşqçi mətbuat konfransında qapıçının pasport probleminin olduğunu bildirdi. “Sumqayıt” isə Mehdinin heç bir pasport probleminin olmadığını açıqlayıb. Bu üzdən yenidən AFFA-ya müraciət etdik. Sualımızı qurumun yeni mətbuat katibi Murad Axundov cavabladı:

“Mehdi Cənnətov baş məşqçimizin ilkin siyahısında yer almadığına görə ona viza alınması üçün yetərincə vaxt olmayıb”.

Cavabdan heç nə anlaşılmadı. Belə çıxır ki, Santuş heyəti əvvəldən dəqiqləşdirib və futbolçular üçün də buna uyğun viza açılıb. Bu suala isə cavab verməyən Murad bəy gülüş emojisi ataraq “rəsmi ancaq bunu deyə bilərəm” yazdı. Belə çıxır ki, Fernando Santuşun dediyi bəhanədən başqa bir şey deyil. Doğrunu desəydi, daha yaxşı olardı. Yaşı ilə əməli düzgün gəlmir. MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
154
1
icma.az

2Mənbələr