Bakı. Trend:
Yay fasiləsindən sonra “Formula-1” komandaları NiderlandınZandfort avtodromunda yarışa çıxıblar. Son dörd ilin çempionu MaksFerstappenin vətəninə azarkeşlər axın etsə də, diqqət “McLaren”sürücüləri – Oskar Piastri və Lando Norris üzərində olub.
Trend xəbərverir ki, cümə və şənbə məşqlərində “McLaren” sürücüləri sürətləriilə diqqət çəkib.
Sıralanma turunda isə Lando səhvə yol verərək poulu əldən verib,Oskar Piastri isə tarixi bir nəticə ilə birinci yeri tutub. RedBull sürücüləri Maks Ferstappen və Ayzek Həcər sırasıyla 3-cü və4-cü olub.
Yarış startından maraqlı olub: Maks və Şarl Lekler mövqelərinidəyişsələr də, 8-ci dövrədə Lando vəziyyəti bərpa edib. Trasınçətin 3-cü döngəsində Şarl Lekler səhv edib və Təhlükəsizlik Maşınıtrasa çıxıb. Pit-stop dalğaları və təkər strategiyaları liderlikuğrunda mübarizəni daha da gərginləşdirib. Kimi Antonelli cərimələralıb, Lyuis Hemilton isə pitdən sonra təmas nəticəsində yarışıdayandırmalı olub.
Finişə 6 dövrə qalmış Lando Norrisin maşınında tüstü yaranıb vəbritaniyalı sürücü trasın kənarında dayandırmalı olub. Beləliklə,Oskar Piastri liderliyi qoruyaraq mövsümdə 7-ci, karyerasında isə9-cu qələbəsini qazanıb və Böyük Dəbilqəyə sahib çıxıb. MaksFerstappen ikinci, Ayzek Həcər isə ilk podiumunu qazanaraq F1tarixində ən gənc 5-ci podium qazanan sürücü olub.
Corc Rasl podiumun bir addımlığında qalıb. Startda geridə olanAleks Elbon 5-ci, Oliver Börman 6-cı olub. “Aston Martin”sürücüləri Lens Stroll və Fernando Alonso 7-ci və 8-ci yerləritutublar. İlk onluğu Yuki Tsunoda və Esteban Okon tamamlayıb.
Çempionatda Oskar Piastri liderliyini möhkəmlədib: 309 xal iləLando Norrisi 34 xal qabaqlayır. Maks Ferstappen isə 205 xallaüçüncü yerdədir. “McLaren” mühəndisləri Kubok uğrunda əsas favoritkimi qalır.
Növbəti yarış Monza avtodromunda keçiriləcək, AzərbaycanQran-prisinə isə 20 gün qalıb.