AZ

Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb

Bakı. Trend:

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və MədəniyyətNazirliyinin təşkilatçılığı ilə növbəti Nəsimi - şeir, mənəviyyatvə incəsənət festivalı keçiriləcək.

Trend xəbərverir ki, Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutacaqfestival bu dəfə də Azərbaycan şairi və mütəfəkkiri İmadəddinNəsiminin fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat vəincəsənət sahəsində bir sıra tədbirlərlə yadda qalacaq.

Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyətocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri,Atəşgah məbədini əhatə edəcək. Festival günlərində müxtəlifölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimiyaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərintəşkili, tamaşaların nümayişi, əbədi-bədii gecənin, musiqitəqdimatlarının keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 24-də isə festival Şamaxıda davam edəcək. İlk dəfəolaraq Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival buərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış vəsevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimiyaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıqsəma altında “Multidissipilinar incəsənət festivalı”, ustaddərsləri, konsert təqdim ediləcək.

Festival iştirakçıları, həmçinin Nəsimi Bağları Kompleksiərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasirüslubda hazırlanmış nəhəng heykəli ilə tanış ola biləcək.

2018-ci ildən ənənəvi təşkil olunan Nəsimi Festivalımədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyihədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminindərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələrarasında körpü yaratması üçün bir platforma rolunu oynayır.

Seçilən
29
8
az.trend.az

9Mənbələr