AZ

"Şamaxı" yalnız iki klubdan geri qalır

“Şamaxı” ölkə çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

"Football-plus.az" PFL-in saytına istinadən xəbə verir ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

O, Misli premyer-liqasının 3-cü turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

“Şamaxı” bu göstəricidə 3-cü komandadı. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib.

Qeyd edək ki, klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

Seçilən
43
11
football-plus.az

10Mənbələr