AZ

Bloomberg: Ukrayna Donbasdan imtina etməli olacaq

Bloomberg xəbər verir ki, Ukrayna Rusiya prezidenti Vladimir Putinin siyasətinin nəticəsi olaraq Donbas ərazisindən “imtina etməli” olacaq.

Məqalədə bildirilir ki, “Rusiya prezidenti Vladimir Putin mühüm nailiyyəti ilə öyünə bilər. İndi demək olar ki, hamı başa düşür ki, bir il əvvəl mümkün olmayan bir şey baş verib: Ukrayna sülhə ümid etmək üçün ölkənin şərqindəki ərazilərdən əl çəkməli olacaq.”

Təhlil müəllifləri, Moskvanın hərəkətlərinin Ukrayna xalqının “iradəsini sındırdığını” və “başqa çıxış yolu olmadığını” vurğulayıblar. Həmçinin, Putin, Amerikanın iradəsini “zəif” və Avropanın hərbi imkanlarını isə “kiçik” hesab etdiyi bildirilir.

Qeyd edək ki, Times qəzetinin ekspertlərə istinadən verdiyi məlumatda, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi zərbələrin sayının artırılmasının, prezident Putinin “güc diplomatiyasının” tərkib hissəsi olduğu vurğulanır. Putin, güc mövqeyi tutaraq və tələbləri yerinə yetirilmədiyi təqdirdə yeni zərbələrlə hədələyərək, potensial danışıqlarda üstünlük əldə etməyə çalışır.

Seçilən
15
veteninfo.az

1Mənbələr