AZ

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 800 ü ötüb, 2700 dən çox yaralı var YENİLƏNİB 3 VİDEO

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 800-ü ötüb.APA xəbər verir ki, bu barədə Talibanın hökumət sözçüsü bildirib.

Qeyd edilib ki, zəlzələ nəticəsində 2700-dən çox yaralı var.

***

10:13

Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

***

09:38

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

***

07:42

Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş 6 bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.

APA xəbər verir ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.

Cəlalabaddan 27 kilometr şimal-şərqdə baş vermiş zəlzələ yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Yerli mətbuat zəlzələ nəticəsində azı 250 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını açıqlayıb.

***

06:34

Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində iki nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.

"Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı binanın uçması nəticəsində iki uşaq ölüb, azı 15 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
14
apa.az

10Mənbələr