AZ

Putin: “Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında xüsusi rol oynayır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putini ölkəsində görmək istədiyini bildirib.

Oxu.Az bu barədə “TRT Haber”ə istinadən məlumat yayıb.

R.T. Ərdoğan Çində keçirilən ŞƏT sammiti çərçivəsində V.Putinlə görüşü zamanı Putinin Türkiyəyə səfər etməsi ilə bağlı dəvətin qüvvədə olduğunu xatırladıb:

“Dəvət qüvvədədir və biz yaxın vaxtlarda sizi ölkəmizdə görməyi arzu edirik”.

Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib ki, Türkiyə Ukrayna münaqişəsinin həllində xüsusi rol oynamağa davam edir.

Çinin Tiencin şəhərində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Editor.az  bu barədə “Haber Global”a istinadən məlumat yayıb.

Görüş Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı çərçivəsində keçirilir.

Seçilən
44
editor.az

1Mənbələr