AZ

“Naxtel” nömrə işlədənlərin nəzərinə – Bu tarixdən bağlanır


Dekabrın 1-dən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sözügedən MMC məlumat yayıb.
Qeyd olunub ki, “Naxtel” MMC abunəçilərinin hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına (Azercell, Bakcell, Nar) müraciət etmələri tövsiyə olunur.
“Qeyd edilən tarixədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).
Seçilən
24
4
yeniavaz.com

10Mənbələr