AZ

Çin Xalq Respublikasının Sədri ŞƏT sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürüb

BAKI, TurkicWorld

Çin Xalq Respublikasının Sədri Si Cinpin "ŞƏT plus" formatında keçirilən görüşdə daha ədalətli dünya sistemi qurmaq üçün qlobal idarəetmə sahəsində təşəbbüslə çıxış edib.

TurkicWorld xəbər verir ki, ardıcıl qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərindən sonra Çin Xalq Respublikasının Sədri qlobal idarəetmə təşəbbüsünü irəli sürüb. O, çıxışında bütün ölkələrlə birlikdə daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sisteminin yaradılması üzərində işləməyə və bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyətə doğru irəliləməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının illik sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçirilir. Tədbirdə 20-dən çox ölkənin liderləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Seçilən
68
6
turkic.world

7Mənbələr