"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qolunu vurub.
Offsideplus.az xəbər verir ki, yubiley qoluna Edqar Adilxanov imza atıb. O, "Sumqayıt"la matçda (1:1) fərqlənib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Şamaxı" bu göstəricidə 3-cü komandadır. Yalnız "Neftçi" və "Qarabağ" onlardan çox qol vurmağı bacarıb.