AZ

İsmayıllıda TƏHLÜKƏ: Elektrik dirəyi transformatorun üzərinə aşdı

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

İsmayıllı rayonunun Ərəkit kəndində ötən gecə təhlükəli hadisə baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Sakinlərin verdiyi məlumata görə, dünən axşam saatlarında kənddəki elektrik dirəklərindən biri aşaraq transformatorun üzərinə düşüb. Hadisədən əvvəl işıqlar 3-4 dəfə yanıb-sönüb.

Dirəyin aşması nəticəsində ərazidə partlayış səsi eşidilib və yaxınlıqdakı evlər üçün ciddi təhlükə yaranıb.

Sakinlər bildirirlər ki, əgər elektrik dirəkləri vaxtında təmir olunsaydı, bu cür vəziyyət baş verməzdi.

Hadisə zamanı xəsarət alan olmayıb. Elektrik enerjisi gecə saatlarında kəsilərək təhlükə aradan qaldırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
baku.ws

2Mənbələr