Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə avqust ayı üzrə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 565 piyada əleyhinə mina, 141 tank əleyhinə mina, 2628 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 6481,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.