AZ

Göyçay-Bərgüşad yolundan ŞİKAYƏT: "Maşın sürmək çətin və təhlükəlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Göyçay-Bərgüşad avtomobil yolunun uzun müddətdir yararsız vəziyyətdə olması bölgədə yaşayan sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a müraciət edən vətəndaş bildirib ki, neçə illərdir bu yol acınacaqlı vəziyyətdədir.
Müraciətdə bildirilib ki, yolun bir çox hissələrinin dağılıb sıradan çıxması sürücülərin işini çətinləşdirməklə yanaşı təhlükəli vəziyyət yaradır.
"Yol yaman gündədir. Maşın sürmək çox çətindir. Yolda o qədər çala-çuxur var ki, avtomobil də sıradan çıxır, əsəblərimiz də. Günün qaranlıq vaxtlarında isə ümumiyyətlə, təhlükəlidir. Təəssüf ki, heç kim bu yola əncam çəkmək istəmir", - deyə müraciətdə qeyd olunub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli faktı təsdiqləyib.
O qeyd edib ki, sözügedən yolun təmir olunması üçün investisiya proqramına daxil edilməsi lazımdır.
"Göyçay-Bərgüşad avtomobil yolu 16 kilometrdir. Həmin yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib və yolun yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub ki, müvafiq investisiya proqramına daxil edilsin. Çünki kəndlərarası avtomobil yolları investisiya proqramı çərçivəsində təmir olunur. İnvestisiya proqramına daxil edildikdən sonra Göyçay-Bərgüşad yolunun yenidən qurulması həyata keçiriləcək", - deyə A.Nəcəfli bildirib.
Əzizə İsmayılova
Seçilən
94
8
oxu.az

10Mənbələr