AZ

Sülh və sabitlik naminə olan müdrik siyasət



Sülh və sabitlik naminə olan müdrik siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi cari ilin avqustun 26-da həmin telekanalda yayımlanıb. Möhtərəm Prezident müxbirin suallarını cavablayan zaman öz məzmunlu və məntiqli fikirləri ilə tarixi faktları ictimaiyyətin diqqətinə çatdırıb.
Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Vaşiqtonda ABŞ prezidenti və Ermənistan baş naziri ilə görüş keçirməsi dünya ictimaiyyətinin diqqətində və marağında idi. Çünki cənab İlham Əliyev müharibədə qalib olduğu kimi sülh platformasında da yeni bir tarix yazdı. Bəli, bu tarixi hadisə idi. Möhtərəm Prezident, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev cəsarət və uzaqgörənlik göstərərək Vaşiqtonda tarixi sənədin imzalanmasına nail oldu. Bu müharibə meydanındakı Qələbədən sonra,sülh platformasındakı növbəti uğurumuz idi. Çünki orada sülh sazişinin paraflanması məhz 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. Həm də burada vacib məqam ondan ibarətdir ki, Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq.
Müsahibə çərçivəsində Prezident İlham Əliyevin Azərbaycanın İran dövləti ilə olan xarici siyasətinə münasibət bildirməsi məhz konstruktiv mövqeyimizi və hazırki tarixi reallıqları əks etdirir. Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu. Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. Sualınıza qayıdaraq qeyd edim, mən bilirəm ki, İran Hökuməti bunu başa düşür və Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcək.
Deməli Zəngəzur dəhlizinin açılması bütün region ölkələri üçün əlverişli olacaq ki, bu da ilk növbədə bölgədə yerləşən dövlətlər arasında əməkdaşlığa, həmçinin ölkələrimizin iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.
Möhtərəm Prezidentimiz tarixi mesajlarla bir daha qüdrətli Azərbaycanın ədalətli mövqeyini bütün dünyaya çatdıraraq, güclü və bənzərsiz siyasətimizin yalnız sülh və təhlükəsizlik naminə olduğunu bəyan etdi.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Seçilən
4
1
newscenter.az

2Mənbələr