1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya (5 sentyabr) və Ukrayna (9 sentyabr) ilə keçiriləcək oyunlar üçün təlim-məşq bazasında toplanacaq.
Oxu.Az xəbər verir ki, komanda bu gün də məşqə çıxacaq.
Lakin Mahir Emreli Bakıdakı məşqdə iştirak etməyəcək. Almaniyanın "Kayzerslautern" klubunun hücumçusu Bakıya gəlməyəcək. Onun Reykyavikdə milliyə qoşulacağı gözlənilir.
Milli komandamız sabah saat 10:30-da çarter reysi ilə Bakıdan Reykyavikə uçacaq.