AZ

Ursula Fon der Lyayenin təyyarəsi ötən gün Bolqarıstana GPS dəstəyi olmadan eniş etməli olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 1 sentyabr, AZƏRTAC

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin təyyarəsi ötən gün Bolqarıstanda GPS dəstəyi olmadan eniş etmək məcburiyyətində qalıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, buna rus mənşəli müdaxilənin səbəb olduğu ehtimal edilir.

Komissiyanın sözçüsü Arianna Podesta GPS pozuntularının fakt olaraq təsdiqləndiyini bildirib. Bolqarıstan tərəfi də pozuntuların Rusiyanın açıq müdaxiləsi nəticəsində baş verə biləcəyini qeyd edib.

GPS sistemində pozuntu ilə əlaqədar planlaşdırılandan bir saat çox havada qalan təyyarə kağız xəritələrdən istifadə edərək Plovdiv hava limanına təhlükəsiz şəkildə eniş edib.

Qəzetin məlumatına görə, Kreml hadisəni təkzib edib və məlumatların yanlış olduğunu bildirib.

A.Podesta belə hadisələrin Rusiya tərəfindən həyata keçirilən hədə və qorxutmaların davamlı hissəsi olduğunu qeyd edib. O belə pozuntuların müdafiə qabiliyyətlərinin gücləndirilməsi və Ukraynaya dəstəyin artırılması qərarını daha da möhkəmləndirdiyini bildirib.

U.Lyayen Şimali və Şərqi Avropa ölkələrinə səfəri çərçivəsində ötən gün Bolqarıstanda Baş nazir Rossen Şelyaskov ilə Avropa təhlükəsizliyi və müdafiəsi məsələlərini müzakirə edib.

GPS siqnalının pozulması və ya saxtalaşdırılması texnologiyası peyk əsaslı naviqasiya sisteminə çıxışa mane olur. Ənənəvi olaraq bu texnologiya hərbi və kəşfiyyat strukturları tərəfindən istifadə olunsa da, son zamanlar mülki həyatın pozulması vasitəsi kimi də tətbiq edilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azertag.az

2Mənbələr