Bu həftə, 2025-ci il sentyabrın 7-dən 8-nə keçən gecə Yer kürəsinin sakinləri möhtəşəm astronomik hadisəni - qanlı ay kimi tanınan tam Ay tutulmasını müşahidə edə biləcəklər. Yerin kölgəsi Ayı örtərək ona qırmızımtıl rəng verəcək. Bu fenomen ilin ən parlaq səma şoularından biri olacaq.
Publika.az bu barədə xarici mətbuat istinadən xəbər verir.
Bildirilir ki, tutulma sentyabrın 7-də Bakı vaxtı ilə 19:28-də başlayacaq. Tam faza GMT vaxtı ilə 17:30-dan (Bakı vaxtı ilə 21:30) başlayacaq və 82 dəqiqə davam edəcək. Tutulmanın bütün fazaları Yerdəki müşahidəçilər üçün daim eyni vaxtda baş verir, lakin görünürlük Ayın üfüqdən yuxarı mövqeyindən asılıdır.
Qeyd edək ki, tam tutulmanı Avstraliya, Asiya və Şərqi Avropada təxminən 5,8 milyard insan (dünya əhalisinin 76%-i) görəcək. Böyük Britaniya, İspaniya və Braziliya kimi ölkələr ayın yalnız fazalarını görəcək, Amerikada isə ay üfüqün altında olacaq ki, bu da onun görünməsini mümkünsüz edəcək.
Hava və ya Ayın mövqeyi müşahidəyə mane olarsa, hadisələri onlayn izləmək mümkündür: "Space.com portalı, canlı yayım konsolu vasitəsilə. Həmçinin cari xəbərlər və tutulma mərhələsinin fotoşəkilləri "Space.com"un "Ay bloqun"da da mövcud olacaq.